Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, ilk öncə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov 1990-cı ilin yanvar ayında sovet qoşununun Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən bəhs edərək qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda yaddaşımıza silinməz faciə kimi həkk edilib: "Bu qanlı hadisə tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızm Ümummilli Lideri Heydər Əliyev Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib və hadisənin mahiyyətini dünyaya çatdırıb. Məhz Ulu Öndərin sayəsində 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verildi, 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımız diqqət və qayğı ilə əhatə olundu. Bu gün bu kurs, bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdiriliməkdədir".Daha sonra şəhid ailələri və əlillər adından çıxış cdənlər o gün haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər, Ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.Sonda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə Rayon İcra Hakimiyyəti tərəfındən maddi yardım göstərilib.
sia.az