PDF Oxu

Siyasət

  • 44

Sahibə Qafarova: “Bu Sərəncam təhsilimizin tərəqqisinə güclü təkan verəcək” MÜNASİBƏT

Sahibə Qafarova: “Bu Sərəncam təhsilimizin tərəqqisinə güclü təkan verəcək” MÜNASİBƏT

Müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı görülən tədbirlər təhsilin inkişafı və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova Prezident İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Sərəncamına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bu gün Azərbaycanın təhsil sisteminin inkişafı, sürətli inteqrasiya prosesini reallaşdırması üçün genişmiqyaslı islahatlar həyata keçirilir: "Burada əsas məqsəd təhsilimizin keyfiyyətini artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə nail olmaqdır. Son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına bütün tədris müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə yaxşılaşıb. Bütün ali məktəblərin müasir texnika və avadanlıqla təchiz olunması üçün xeyli iş görülüb. Təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, sosial problemlərin tədricən aradan qaldırılması, təhsildə neqativ halların qarşısının tam alınması üçün imkan yaradıb. Minlərlə yeni müasir məktəb binaları tikilərək istifadəyə verilib, təhsil müəssisələrinin kompüterlə təchiz olunması istiqamətində ardıcıl işlər görülüb".Azərbaycanın güclü iqtisadi dayaqlarının effektiv sosial siyasət həyata keçirməyə imkan verdiyini vurğulayan millət vəkili deyib ki, Cənab Prezidentin söylədiyi kimi hazırda dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalara baxmayaraq, Azərbaycanda sosial proqramlar təxirə salınmayacaq, bu sahədə sistemli fəaliyyət ardıcıl olaraq həyata keçiriləcək: "Sözügedən Sərəncam bunu bir daha təsdiq etdi. Onminlərlə müəllimin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətli bir addımdır. Eyni zamanda, məsələnin bu cür qoyulması onların fəaliyyətinin stimullaşdırılmasına imkan verir. Hər kəs bilik və bacarığına uyğun dərs yükü və əməkhaqqı alacaq. Onminlərlə müəllimi əhatə edən bu Sərəncam təhsilimizin tərəqqisinə güclü təkan verməklə yanaşı, müəllimlərin peşəkar inkişafına, onların daha uğurlu fəaliyyətinə stimul yaradacaq".

sia.az

Digər xəbərlər