Rusiya prezidentinin Avetisyanlar ailəsinin qətlinə görə verdiyi gecikmiş başsağlığı yalnız Gümrüdəki etirazlar sayəsində baş tutub". SİA xəbər verir ki, bu fikirləri "armenian today"a Ermənistan publisisti və ictimai xadimi Sarkis Hatspanyan deyib. Erməni ictimai xadiminin sözlərinə görə, hadisə ilə bağlı Rusiya tərəfinin passiv davranışı bilavasitə Ermənistan rəhbərliyinin vassallığı sayəsindədir. Məhz bunun sayəsində Rusiya Ermənistanı müstəqil dövlət kimi tanımır: "Biz sadəcə, Rusiya üçün yox dərəcəsindəyik. Əgər bənzər hadisə Türkiyədə mövcud olan Amerika hərbi bazasında baş versəydi, bu zaman Obama dərhal administrasiyasının tam heyəti ilə orada olardı və Ərdoğanın qarşısında diz çökərək, həmin hadisənin ikitərəfli münasibətlərə təsir etməməsi üçün yalvarardı".
Sarkis Hatspanyan daha sonra bildirib ki, Ermənistan hakimiyyətinin nökərçilik mövqeyi nəticəsində hakimiyyət ən azından matəm elan edə bilərdi. Lakin bunu da etməyə cürəti çatmadı: "Hətta Avropa nəşrləri belə, baş verənləri işıqlandırmadı. Niyə? Ona görə ki, erməni icmaları, diplomatiyası fəaliyyətsizdir".
Erməni ictimai xadimi bildirib ki, o, dövlətin bu mövqeyinə görə görə heç vaxt belə utanc hissləri keçirməmişdi. O qeyd edib ki, hətta cinayət işinə Ermənistan tərəfi baxsa belə, bu hadisə tam olaraq açılmayacaq: "Ola bilər ki, Rusiya tərəfi cinayətkarı erməni hüquq-mühafizə orqanlarına versin. Lakin cinayət işinin tam şəkildə açılacağına inanmıram. Necə ki, Ermənistan parlamentdə baş verən terror hadisəsi kimi, bu hadisə də tam açılmamış qalacaq. İctimaiyyət bu cinayətin arxasında hansı qüvvələrin dayanması barədə bilməyəcək".
sia.az