"ABŞ-ın, eləcə də Qərbin Azərbaycana qarşı münasibətinə heç zaman inanmamışam və bu gün də öz fikrimdə qalıram". Bu fikirləri SİA-ya Azərbaycan Sosial Demokratlar Partiyasının (ASDP) sədri Araz Əlizadə ABŞ-ın dövlət katibi Con Kerrinin 1990-cı ildə bir qrup amerikalı senatorlarla Mixail Qorbaçova Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsi ilə bağlı yazdıqları müraciət məktubuna münasibətini bildirərkən deyib.ASDP sədri bildirib ki, ABŞ-ın bu cür ikibaşlı siyasət yürütməsi heç kimdə təəccüb doğurmamalıdır: "Bu baxımdan, heç bir məyusluğum yoxdur".Araz Əlizadə Azərbaycanla bağlı ABŞ-ın müsbət mövqe göstərməməsini də əsaslandıraraq bildirib ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) ölkəmizin ərazi bütövlüyü məsələsi qaldırılarkən, Amerika orada bitərəflik sərgiləyib: "BMT-də bu məsələ müzakirə olunanda ABŞ bitərəf qalmışdı. Onlar təkcə Azərbaycana deyil, bütün dünya ölkələrinə yuxarıdan aşağı baxır. Amma sevindirici haldır ki, Azərbaycan müstəqil siyasət aparır və heç kimin qulu kimi çıxış etmir".
siaçaz