PDF Oxu

Siyasət

  • 39

Əli Kərimliyə vurulan sərt sillə... MÜNASİBƏT

Əli Kərimliyə vurulan sərt sillə... MÜNASİBƏT

Niyaməddin Orduxanlı: "Bu, müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsidir"

"Prezident İlham Əliyevin Avropa və Qərblə münasibətlərinin indiki gərgin vəziyyətdə Almaniyaya səfərini çox vacib və önəmli səfər kimi xarakterizə edirəm. Azərbaycan dövləti indiyə qədər xarici siyasətində müstəqil siyasət aparıb və bu siyasət birbaşa Qərbə inteqrasiya çərçivəsində olub. Bu da birbaşa müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasətin nəticəsidir". SİA-nın məlumatına görə, bu fikirləri BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, heç bir ölkə Azərbaycanı özünün forpostu gözündə görə bilməz: "Bunu arzulayan dövlətlər başa düşməlidir ki, Azərbaycan xalqının iradəsi və cəsarəti hesabına bütün dünyaya meydan oxuyan SSRİ kimi bir imperia dövlətinin süqutu məhz Azərbaycan xalqının 1989-cu ildə başlatdığı milli azadlıq hərəkatının başlamasından sonraya təsadüf edib. Biz müstəqilliyimizi qanımız hesabına qazanmışıq. Heç bir dövlət bizimlə diqtə ilə danışa bilməz. Azərbaycan bütün dövlətlərlə normal, ikitərfli siyasətini davam etdirir və heç bir ölkə də Azərbaycana öz iradəsini qəbul etdirə bilməz. Prezident İlham Əliyevin bu səfəri bir daha onu deməyə əsas verir ki, Azərbaycanın apardığı xarici siyasət müstəqildir və ikitərfli münasibətlərin normal müstəvidə davam etdirilməsinin tərəfdarıdır".Niyaməddin Orduxanlı bu səfərin daxili siyasi qüvvələr tərəfindən də birmənalı qarşılanmadığını qeyd edib: "Bu səfər radikal siyasi düşərkə üçün şok effekti verib. Əsasən də Əli Kərimliyə tərs bir sillə kimi dəyib".

sia.az

Digər xəbərlər