"Rusiyaya məxsus hərbi bazanın Ermənistandan çıxarılması tələbi yumşaq desəm, xəyanət olardı". SİA xəbər verir ki, bu fikirləri erməni jurnalistləri ilə söhbətində keçmiş erməni hərbçisi Vova Vartanov deyib.
Onun fikrincə, hətta məlum Gümrü hadisəsindən sonra belə, baza orada qalmalıdır. Lakin hərbi bazanın ölkədən çıxmasına səbəblər də var: "Etiraz aksiyaları davam etsə, Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxması reallaşa bilər".
Vartanov ruslara məxsus hərbi bazanın nəyə görə ölkədə qalmasının "əhəmiyyəti" barədə də fikir bildirib. Onun fikrincə, əgər Türkiyə ilə hərbi münaqişə baş qaldırsa, bu zaman Ermənistanın müvafiq texniki təchizatının olmamasını diqqətdə saxlamaq lazımdır.
"Belə olan halda Sarkisyanın günahı və uzaqgörən olmayan siyasəti üzündən kasıb ölkəmiz çox çətin durumla üz-üzə qalmış olar" -deyə bildirən erməni hərbçi onu da əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiyanı da ermənilərin gözünün işığı kimi təqdim etmək olmaz: "Bütün baş verənlərə baxmayaraq, hadisə yenə də bizim günahımız üzündən baş verib. Rusiya hərbi bazasının ölkədən çıxarılması, anti-Rusiya şüarlarının çağırılması lazımdır, ancaq düşünsək ki, bu Ermənistanın maraqlarına xidmət etmir, onda biz bu barədə bir daha düşünməliyik".
Qeyd edək ki, Ermənistan ictimaiyyətinin böyük əksəriyyəti Rusiyaya məxsus 102-ci hərbi bazasının ölkədən çıxarılması tələbi ilə çıxış edirlər.
sia.az