PDF Oxu

Siyasət

  • 48

Azərbaycan dünyanın 106 ölkəsi arasında 50-ci yeri tutdu

Azərbaycan dünyanın 106 ölkəsi arasında 50-ci yeri tutdu

İlham Əliyev: "Güclü dövlətin güclü ordusu olmalıdır"

Məlum olduğu kimi, yanvarın 20-də "Global Firepower" saytının tətbiq etdiyi siyahıda Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer alıb. Qeyd edək ki, siyahıya ABŞ başçılıq edir. Dünyanın ikinci ən güclü ordusu isə Rusiyaya məxsusdur. "Global Firepower" siyahını tətbiq edərkən ölkələrin nüvə silahlarını nəzərə almayıb. Burada quruda, havada və dənizdə ordunun imkanları nəzərə alınıb. Siyahıda 50-ci yerdə isə Azərbaycan Ordusudur. Ordumuz Belarus (52), Gürcüstan (64), Qazaxıstan (80) kimi ölkələrdən irəlidədir. Siyahıda ümumilikdə 106 ölkə yer alıb. Siyahıda Ermənistan ordusu yer almayıb.

Qafqazın ən güclü ordusu

Azərbaycanın müstəqil dövlətçilik tarixində ən böyük nailiyyətlərdən biri müasir dövrdə artıq çox güclü potensiala malik olan Milli Ordunun yaradılması olmuşdur. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.

Ordu quruculuğu zərurəti 1918-ci il 26 iyununda Azərbaycan Milli Ordusunun yaradılması ilə nəticələndi. Belə ki, həmin gün Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı və avqustun 1-də Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Qısa vaxt ərzində Azərbaycanın milli ordu quruculuğunda mühüm irəliləyiş əldə olunsa da, 1920-ci ilin aprelində sovet işğalından sonra milli ordu ləğv edildi. Buna baxmayaraq, Azərbaycan SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğunda çox mühüm addımlar atılmışdır. Onun qayğısı ilə minlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Ümummilli Lider Heydər Əliyevin o illərdə təhsil almağa göndərdiyi məzunlardır. Bundan əlavə, 1973-cü ildə bu uzaqgörən dövlət başçısının təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ilk Hərbi Məktəb yaradıldı. Bu qərar böyük cəsarət tələb edirdi. Çünki Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Lakin Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını sübut etməyə çalışsalar da, Ulu Öndər Heydər Əliyevin mahir diplomatiyası bu cəhdlərin qarşısını aldı. Lakin bununla belə, AXC dövründən qoyulan ənənə müstəqilliyi yenidən bərpa etdikdən sonra da davam və inkişaf etdirildi. Azərbaycanı yenidən öz istiqlaliyyətinə qovuşduran Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdırılaraq Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələri yaradıldı. 1998-ci il mayın 22-də Heydər Əliyevin imzaladığı Fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.

Güclü ordu güclü dövlət deməkdir

Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə qayıdışı ilə ayrı-ayrı qruplara xidmət edən könüllü hərbi dəstələri ləğv etməklə nizami ordu yaradılmasını suverenliyimizin başlıca şərtləri kimi diqqətdə saxlayan Ulu Öndər bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da önəmli islahatlar apardı. Ulu Öndərin bütün tövsiyələri kimi ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirilir. Hazırda beynəlxalq standartlara cavab verən, Silahlı Qüvvələrimizin, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır. Dövlət başçısı, Ali Baş Komandan bildirir ki, qısa müddətdə Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı 20 zavod və yerli istehsal birliyinin yaradılması o deməkdir ki, Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır. Siyasi-iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatlar inkişafın Azərbaycan modelinin əsas prioritetlərindəndir. Ordumuzun 90 illiyi münasibətilə keçirilən parad Azərbaycan Silahlı Qüvvələrinin regionda nizami, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunan ordu olduğunu bir daha təsdiqlədi.

Dövlət başçısı kimi İlham Əliyevin bu sahədəki yeniliklərlə daim maraqlanması, müasir texnologiyalar əsasında müasir silah növlərinin Azərbaycanda hazırlanması üçün maddi və maliyyə bazasının formalaşması istehsal olunan məhsulların çeşid və keyfiyyətini yüksəldəcək. Başlıca tələb və tapşırıq da budur: Silahlı qüvvələrin ehtiyacını ödəyə biləcək həcmdə beynəlxalq standartlara uyğun istehsalı artırmaq. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Azərbaycan sözün əsl mənasında bölgədə ən yüksək mövqeyə malik ölkədir: "Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən iqtisadi potensial və ordunun güclü olması. Güclü ordu, güclü dövlət deməkdir." Deyildiyi kimi müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

5 milyard dollarlıq hərbi büdcə - Ermənistandan 10 dəfə çox

Prezident İlham Əliyevin həmişə vurğuladığı "Azərbaycanın hərbi büdcəsinin təcavüzkar Ermənistanın illik dövlət büdcəsindən artıq olmalıdır" tələbi həllini tapmışdır. Onu da qeyd edək ki, Azərbaycanın bu il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edir ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir. Azərbaycan onsuz da ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb.

Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanın gələn ilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə, ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar. Başqa sözlə, Azərbaycanın bu il üçün müəyyən etdiyi hərbi xərclər Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır.

Xüsusilə, onu da vurğulamaq lazımdır ki, Ermənistan ordusunda baş verən neqativ hallar, fərarilik, səfalət və işgəncələr gənclərin ölkədən köç etməsinə səbəb olur. Lakin Azərbaycanın özünü müvafiq hərbi avadanlıqlarla təmin edən Müdafiə Sənayesi Nazirliyinin formalaşması, təkmilləşməsi, istehsal etdiyi məhsulların beynəlxalq standartlara cavab verməsi artan müdafiə qüdrətimizin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin bu sahədəki yeniliklərlə daim maraqlanması, müasir texnologiyalar əsasında müasir silah növlərinin Azərbaycanda hazırlanması üçün maddi və maliyyə bazasının formalaşması istehsal olunan məhsulların çeşid və keyfiyyətini yüksəldəcək. Başlıca tələb və tapşırıq da da budur: Silahlı Qüvvələrin ehtiyacını ödəyə biləcək həcmdə, beynəlxalq standartlara uyğun məhsul istehsalını artırmaq. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Azərbaycan sözün əsl mənasında bölgədə ən yüksək mövqeyə malik ölkədir: "Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən iqtisadi potensial və ordunun güclü olması. Güclü ordu, güclü dövlət deməkdir." Deyildiyi kimi müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

Eyni zamanda, dünya dövlətləri ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığı genişlənən, demoqrafik vəziyyəti artan Azərbaycanın işğal altında qalan torpaqlarını hər an azad etmək imkanlarının mövcudluğu dünya birliyi tərəfindən də etiraf olunur. Ancaq daim sülh, birlik və həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin xalqın mənafeyini əks etdirən istəyi budur ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla, danışıqlar yolu ilə həll olunsun, nahaq qan axıdılmasın.

"Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində biz istəyimizə nail olacağıq və ədaləti Azərbaycanın suverenliyini bərpa edəcəyik.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər