PDF Oxu

Siyasət

  • 50

Elçin Mirzəbəyli: “Ermənistanın Davos İqtisadi Forumunda iştirak etməməsi təbii qəbul edilməlidir”

Elçin Mirzəbəyli: “Ermənistanın Davos İqtisadi Forumunda iştirak etməməsi təbii qəbul edilməlidir”

"Ermənistanın Davos İqtisadi Forumunda iştirak etməməsi təbii qəbul edilməlidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.E. Mirzəbəyli qeyd edib ki, Davaos iqtisadi forumdur: "Bu iqtisadi foruma qatılan dövlətlər və dünyanın nüfuzlu şirkətləri iqtisadi əməkdaşlığın müxtəlif formalarını müzakirə edirlər. Ermənistanın isə Davos İqtisadi Forumunda iştirakına hər hansı bir lüzum yoxdur. Çünki, Ermənistan hansı iqtisadi imkanlarına görə bu forumda iştirak edə bilər? Ermənistan iflasa uğramış, tamamilə böhran vəziyyətində olan və iqtisadiyyatı Rusiyadan asılı olan bir ölkədir. Bu baxımdan "Ermənistanın Davos İqtisadi Forumunda iştirak etməməsini təbii qarşılamaq lazımdır"Qeyd edək ki, bu gün İsveçrənin Davos şəhərində 45-ci Dünya İqtisadi Forumu (DİF) başlayır. Yanvarın 24-dək davam edəcək yubiley DİF-in mövzusu "Yeni qlobal kontekst" adlanır. Dünya iqtisadi forumunun iştirakçıları inkişaf və stabillik, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələlərini müzakirə edəcəklər. Siyasi liderlər və aparıcı biznes rəhbərlər dünyanın ən kəskin problemlərini, əsas geosiyasi çağırışları müzakirə edəcəklər. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr edilmiş debatlar, forumun işinin bir gününü həsr ediləcəyi qlobal enerji gündəliyinin məsələləri daxil edilib. Ermənistan isə bu forumda təmsil olunmayacaq.

sia.az

Digər xəbərlər