Ümumiyyətlə hər bir partiyanın öz seçim hüququ var". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov Müsavat Partiyasının AXCP ilə əməkdaşlıq əlaqələri yaratmasında israrlı olmasına münasibət bildirərkən deyib.AMİP funksionerinin sözlərinə görə, hər iki partiyanın elektoratı təxminən eynidir: "Bu mənada ola bilsin ki, onlar əməkdaşlıqda maraqlıdırlar. Heç kimə sirr deyil ki, hər iki partiyanın arasında müəyyən problemlər yaşanıb və qarşıdurmalar olub. Amma hər halda siyasətdə ortaq maraqlar kəsişir və üst-üstə düşürsə, fərqli yanaşmalar, meyarlar üzə çıxır. Bu mənada düşünmürəm ki, hansısa bir qüvvənin digəri ilə müəyyən zamanlarda münasibətləri korlanıbsa, bu düşmənçilik davam etməlidir. Təbii ki, onlar gələcəkdə müttəfiq ola da bilərlər, olmaya da. Amma hər halda görünən odur ki, AXCP bunda o qədər də maraqlı deyil".
sia.az