"Ümumiyyətlə, nə beynəlxalq təşkilatların, nə də bizim daxilimzdə olan "hüquq müdafiəçi"lərinin siyasi məhbus anlayışından xəbərləri belə yoxdur". Bunu SİA-ya politoloq Elşən Musayev hələ də beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbus olduğunu iddia etməsinə münasibət bildirərkən deyib.Politoloqun fikrincə, onların düşüncəsinə görə insanlar bütün cinayətləri törədə bilərlər, amma yetər ki, bir tək siyasi partiyanın üzvü olsunlar: "Bəs gəlin görək siyasi məhbus nədir? Siyasi məhbus siyasi düşüncələrinə, siyasətdəki mənsubiyyətinə görə həbs olunmuş və yaxud təzyiqlərə məruz qalmış insana deyilir. Amma bu gün Azərbaycanda həbs olunan insanlar Cinayət Məcəlləsinin konkret maddələri ilə müqəssir qismində məsuliyyətə cəlb olunanlardır. Bunlar tamamilə fərqli şeylərdir. Təbii ki, bu gün bu haqda beynəlxalq təşkilatlar danışır. Gəlin görək həmin təşkilatlar hansılardır? Bu təşkilatlardan - "Human Rights Watch", "Freedom House"dan başqa Azərbaycanı heç kim ittiham etmir. Sözügedən təşkilatlar sanki AXCP-nin rayon filialları və "Azadlıq" qəzetinin bölgə müxbirləridir. Yəni artıq onların çörəyi Azərbaycan iqtidarını tənqid etməkdən keçir. Düşünürəm ki, beynəlxalq təşkilatların böyük qismi Azərbaycanda kifayət qədər ciddi demokratiyanın, stabilliyin və hüquqi dövlətin olduğunu düşünürlər".
sia.az