PDF Oxu

Siyasət

  • 48

Deputat: “Forpost olmaq ağır dərddir”

Deputat: “Forpost olmaq ağır dərddir”

Sahib Alıyev: "Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəməsi olduqca önəmli məsələdir"

"Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə brifinqdə ölkəmizi "əhəmiyyəti günü-gündən artan", "böyük potensialı olan" tərəfdaş kimi dəyərləndirdi". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkədəki hesabında bildiribS. Alıyev deyib: "Azərbaycanın dövlət başçısı ilə əksər məsələlərdə həmfikir olduqlarını vurğulayan xanım kanslerin ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəməsini dilə gətirməsi də olduqca önəmli məsələdir. Almaniya yaydığı hesabatlar və verdiyi bəyanatlarla dəfələrlə təsdiqləyib ki, onun Dağlıq Qarabağ münaqişəsinə yanaşmada tutduğu mövqe başda Kerri Amerikası olmaqla Minsk qrupuna həmsədrlik edən dövlətlərdən özünün prinsipiallığı və ədalətliliyi ilə fərqlənir"."Angela Merkelin son zamanar cəbhə xəttində atəşkəsin pozulmasında Rusiyanın əlinin olduğunu deməsi isə təkcə Moskvanın bostanına atılan daş deyildi. Həm də dolayı yolla olsa da, bu o demək idi ki, cəbhədə gərginliyin yaradılmasında Almaniya Ermənistanı suçlu bilir" . – S. Alıyev qeyd edib.S. Alıyev əlavə edib ki, son günlər cəbhə xəttində atəşkəs ardıcıl olaraq pozulur: "Almaniya kansleri Angela Merkel dünən açıq şəkildə bildirdi ki, bunda Rusiyanın əli var. ATƏT susur. Ermənilər isə danışdılar. Onların demələrinə görə gündə azı bir hərbiçi itirirlər. Forpost olmaq ağır dərddir. Bilə-bilə ki, cavablarını alacaqlar, özü də pis alacaqlar, irəvandakılar yenə də təxribat törətməkdən qalmırlar".

sia.az

Digər xəbərlər