PDF Oxu

Siyasət

  • 32

Elçin Mirzəbəyli: “Bu cür addımlar Ermənistan rəhbərliyini xilas etməyəcək”

Elçin Mirzəbəyli: “Bu cür addımlar Ermənistan rəhbərliyini xilas etməyəcək”

"Ermənistan rəhbərliyi hazırda ölkədə hökm sürən anti-Rusiya abu-havasını ört basdır etmək üçün müxtəlif yollara əl atırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, indiki şəraitdə Dağlıq Qarabağla bağlı məsələlərin yenidən gündəmə gətirilməsi və guya Ermənistanın hansısa hərbi potensiala malik olması fikrinin cəmiyyət içərisində qabardılması şübhəsiz ki, Ermənistan cəmiyyətində hakimiyyətin dəyişməsinə yönələn aqressiv reaksiyanı dəyişdirə bilər: "Xalqın reaksiyasının dəyişməsinə hesablanan addımlardan biri də, məhz Seyran Ohanyanın işğal altında olan ərazilərə səfəri ilə bağlıdır. Ermənistan rəhbərliyi hazırda ölkədə baş verən xaosun qarşısını almaq üçün bir çox yollara əl atır. Ancaq atılan bu cür addımların Ermənistan rəhbərliyini xilas edəcəyini düşünmürəm".

sia.az

Digər xəbərlər