PDF Oxu

Siyasət

  • 34

Müsavat Partiyasından Ənvər Əhmədlə bağlı AÇIQLAMA

Müsavat Partiyasından Ənvər Əhmədlə bağlı AÇIQLAMA

Mustafa Hacıbəyli: "Ənvər Əhməd Arif Hacılını təbrik edən ilk şəxslərdən biridir"

"Müsavat Partiyasından uzaqlaşdırılan Ənvər Əhmədə artıq bir neçə dəfə xəbərdarlıq edilmişdi". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli təşkilatın Sumqayıt şəhər şöbəsinin funksioneri Ənvər Əhmədin partiyadan çıxarılmasının səbəbi kimi onun Qubad İbadoğlunun tərəfdarı qismində çıxış etməsi iddialarına münasibət bildirərkən deyib. "Bəzilərinin düşündüyü kimi o Qubad İbadoğlunun tərəfdarı olduğu üçün deyil, partiyanın Sumqayıt rayon təşkilatının tədbirlərində iştirak etmədiyi, orayla əlaqələrini tamamilə kəsdiyi üçün çıxarılıb"-deyə qeyd edən Mustafa Hacıbəyli əlavə edib ki, hətta Ənvər Əhməd kimə səs verdiyindən asılı olmayaraq Arif Hacılını başqan seçilməsi münasibətilə təbrik edib: "Arif Hacılı başqan seçildikdən sonra, Ənvər Əhməd onu təbrik edən ilk şəxslərdən biridir. Partiyanın qurultayı başa çatdıqdan və Arif Hacılı başqan seçildikdən sonra onu təbrik edənlər sırasında Ənvər Əhməd də olub".Ənvər Əhmədin Müsavat rəhbərliyini qeyri-legitim hesab etməsi çıxışına da münasibət bildirən Mustafa Hacıbəyli deyib ki, əslində, onun özü daim təşkilaltın fəaliyyətinə zidd hərəkətləri ilə yadda qalıb: "Bu insan ardıcıl olaraq təmsil olunduğu partiya əleyhinə fəaliyyət göstərməklə yanaşı, təşkilatın qəbul etdiyi qərarları icra etməkdən imtina edib. Kim rəhbərliyi legitim sayır və yaxud saymır bu onun şəxsi işidir".Qeyd edək ki, Ənvər Əhməd Qubad İbadoğlunun tərəfdarı kimi onun sədri olduğu Demokratiya və Rifah Hərəkatının fəal üzvlərindəndir

sia.az

Digər xəbərlər