"Bu gün Ermənistanda xalqla hakimiyyət arasında böyük uçurum var". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli Ermənistan ordusunun vəziyyətindən danışarkən deyib.Millət vəkili deyib ki, Ermənistanda xalq mövcud hakimiyyətin mahiyyətini dərk etməyə başlayıb: "Artıq xalq Ermənistan hakimiyyətinin mahiyyətini dərk edir. Nəyə xidmət etdiyini anlayır. Buna görə də hər bir erməni xidməti borcunun vətənə yox, hakimiyyətə xidmət olduğu qənaətindədir".
sia.az