PDF Oxu

Siyasət

  • 41

Politoloq: “Bir şərtlə ki, Rusiya bu məsələdə səmimi olsun...”

Politoloq: “Bir şərtlə ki, Rusiya bu məsələdə səmimi olsun...”

"Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın hər hansı bir bloka qoşulmasını qeyri-məqbul hesab edirəm". Bunu SİA-ya politoloq Qabil Hüseynli Rusiyanın Dağlıq Qarabağın geri qaytarılması müqabilində Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşmağa çalışdığına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.Q. Hüseynli deyib: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, çərçivəsində, yəni mərkəzi hakimiyyətə tabe olması surəti ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmasına razı olaram. Bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, bu addım Azərbaycanın xeyrinə ola bilər. Amma, bir şərtlə ki, Rusiya bu məsələdə səmimi olsun və Dağlıq Qarabağı həqiqətən də Azərbaycanın tərkib hissəsi kimi Avrasiya İqtisadi Birliyinə qəbul etsin".

sia.az

Digər xəbərlər