"Hesab edirəm ki, Qubad İbadoğlunun Müsavat Partiyasından uzaqlaşdırılanların Arif Hacılının tapşırığı ilə baş tutduğuna dair səsləndirdiyi bəyanat tamamilə doğrudur". Bunu Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy deyib.Keçmiş partiya funksionerinin sözlərinə görə, ümumiyyətlə Arif Hacılı Müsavata aftoritar rejim tətbiq etmək istəyir: "Bu rejim onsuz da cizli şəkildə orada var idi və indi daha açıq xarakter alıb. A. Hacılının hər hansı bir fikirlərinin əksini deyənlər Müsavat Partiyasından uzaqlaşdırılacaqdır. Çünki bu şəxs özünü keçmiş SSRİ dövründəki raykomun birinci katibi sayır. Əgər siz araşdırma aparsanız görərsiniz ki, A.Hacılının ətrafında bir nəfərdə olsun azad söz, fikir, plüralizmə üstünlük vermir. Bu şəxs demokratiyadan dəm vurur amma fikir, söz azadlığına görə, özəl fikrini ortaya qoyanları partiyadan uzaqlaşdırmaq haqqında göstəriş verir. Biz bunu hesablamışıq və bilirik. Yəqin ki bu proses bütün müsavatçıları ayıldacaq. Artıq orada ayılma və oynama prosesi başlayıb. Hətta elə zaman gələcək ki, A.Hacılını anti-dempkratik mövqelərinə görə Müsavat Partiyasından qovacaqlar".
siaşaz