"Gümrüdəki qətl hadisəsindən sonra hələ çox cavabsız suallar qalmaqdadır". SİA xəbər verir ki, erməni etnoqraf Qranuş Xaratyanın İrəvanda keçirdiyi mətbuat konfransındakı həmin fikirlərini "armtoday" saytı yazıb.
Erməni etnoqrafın fikrincə, Gümrü hadisəsinin siyasiləşdirilməsi istiqamətində hər şey edilib. O, əsas olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını önə çəkib. "Biz niyə özümüzdən daha çox başqalarına etibar edirik?" sualını verən Xaratyan nəyə görə cinayət işinin məhz Rusiya tərəfindən aparıldığını sual edib. O, eyni zamanda Rusiya tərəfinin cinayət işində özünü müəmmalı apardığını da deyib. O, bunu belə əlaqələndirib ki, Ermənistanın hüquq mühafizə orqanları rusiyalı hərbi qulluqçunun hərbi bazanın ərazisini tərk etməyini məhz qətlə yetirilmiş Avetisyanlar ailəsinin aşkar olunmasından sonra öyrəniblər: "Bu suallar hələ də açıq qalmaqdadır. Nəyə görə Ermənistan hakimiyyəti mövcud faktlarla maraqlanaraq, müvafiq qərarlar qəbul etmir?"
sia.az