PDF Oxu

Siyasət

  • 39

Həsən Kərimov: “Müraciət etsələr, baxarıq” AÇIQLAMA

Həsən Kərimov: “Müraciət etsələr, baxarıq” AÇIQLAMA

"Azərbaycan Demokratiya və Rifah Hərəkatı parlament seçkiləri ilə bağlı əməkdaşlıq təklifi etsə, AXCP və Milli Şura həmin təklifi dəyərləndirib qərar qəbul edə bilər". SİA xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Həsən Kərimov Qubad İbadoğlunun yaratdığı hərəkatın seçkilər ərəfəsində AXCP və ya Milli Şura ilə əməkdaşlığın mümkünlüyünə münasibətini bildirərkən deyib. Cəbhə rəsmisi bildirib ki, əgər bu istiqamətdə rəsmi müraciət, yaxud xahiş olunarsa, buna baxmaq olar: "Bu baxımdan, öncədən qərar verməyi doğru hesab etmirəm. Müraciət etsələr, baxarıq".Qeyd edək ki, Qubad İbadoğlu yaratdığı hərəkatın yaxın zamanlarda parlament seçkiləri ilə bağlı hər hansı digər müxalifət qurumları ilə əməkdaşlığının mümkünlüyü barədə fikir bildirib. Sosial şəbəkədə isə əməkdaşlığın AXCP və ya Milli Şura ilə olacağı barədə məlumatlar qeyd edilməkdədir.

sia.az

Digər xəbərlər