"Burada nə isə var..."
"Nədənsə, bu gün həmin sualı mənə beş ayrı-ayrı jurnalist ünvanlayıb. Nəyə görə hər kəs mənə məhz bu sualı verir?". Bu fikirləri SİA-ya Milli Şuranın sədri Cəmil Həsənli rəhbəri olduğu qurumun parlament seçkiləri ərəfəsində yeni yaradılan blok və hərəkatlarla birgə əməkdaşlıq imkanlarına münasibət bildirərkən deyib.Milli Şuranın sədri ona ünvanlanan suallardan şübhələndiyini gizlətməyib və bildirib ki, o daha heç bir suala cavab vermək fikrində deyil: "Görünür, eyni sualların verilməsində, ümumiyyətlə burada nə isə var. Ona görə də sizin sualınızı cavablandırmayacağam. Milli Şura ilə bağlı mətbuat xidməti informasiya verir. İstədiyiniz məlumatı oradan ala bilərsiniz".
sia.az