PDF Oxu

Siyasət

  • 34

Qabil Hüseynli: "Müharibə yenidən alovlana bilər" MÜNASİBƏT

Qabil Hüseynli: "Müharibə yenidən alovlana bilər" MÜNASİBƏT

"Ümumiyyətlə hələ də Ukraynada münaqişələr davam edir və tam başa çatmayıb. Amma bizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsi başa çatıb". Bunu SİA-ya politoloq Qabil Hüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili yanaşmanın Ukrayna kimi fəlakətli bir müharibə ocağının yaranmasına gətirib çıxara bilərmi fikrinə münasibət bildirərkən deyib."Görünür ki, Ukrayna reallıqla barışmaq istəmir və barışmayacaq da. Çünki onun arxasında böyük bir Qərb dünyası dayanıb. Çox təəssüf ki, məsələyə yanaşmada ikili standartlar mövcuddur. Sanki Ukrayna torpaqlarının işğal edilməsinə maddi yardım göstərilir, silah göndərirlər, sanksiyalar tətbiq edirlər və s. Amma beynəlxalq qurumlar Dağlıq Qarabağ ərazisinin işğal olunmasını etiraf etmək belə istəmirlər. Bizim Qarabağla bağlı problemlərimiz Ukraynaya nisbətən daha çətindir. Ola bilsin ki, bütün bunlar müharibənin yenidən alovlanmasına gətirib çıxarsın"– deyə, Q.Hüseynli fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər