PDF Oxu

Siyasət

  • 34

Şahin İsmayılov: “Hər bir şəxs əlindən gələni etməlidir” AÇIQLAMA

Şahin İsmayılov: “Hər bir şəxs əlindən gələni etməlidir” AÇIQLAMA

"İlk öncə bütün gənclərimizi gələn ay ölkəmizdə qeyd olunacaq 2 Fevral Gənclər Günü münasibətilə təbrik edirəm". Bunu SİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov deyib.ATGTİ sədrinin sözlərinə görə, ümumilikdə 2 Fevral Gənclər Günü ilə bağlı konfrans və ilin yekunlarının qiymətləndirilməsi ilə bağlı tədbir nəzərdə tutulub: "Bununla belə, bir sıra universitetlərdə, o cümlədən ölkə daxilində gənclər siyasəti ilə bağlı dəyirmi masalar və müzakirələr həyata keçiriləcək".Ş.İsmayılov bildirib ki, bu gün sözün həqiqi mənasında Azərbaycanda gənclər siyasəti daim davamlı şəkildə həyata keçirilir və hər zaman da dövlətin diqqətin mərkəzindədir: "Azərbaycan Prezident İlham Əliyevin ötən gün "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunu bir daha təsdiq etdi. Ümumiyyətlə gənclərə göstərilən bu diqqət bu günün özündə də davam etməkdədir. Fərdi və yaxud təşkilatlanmış gənclər bunu hər zaman öz üzərlərində hiss edirlər. Xüsusilə ötən il Azərbaycan gənclərinin aktivliyi ilə yadda qaldı. Beləki gənclər və yaxud gənclər təşkilatları yeni-yeni layihələrlə çıxış etdilər. Düşünürəm ki, gənclər sektorunda həyata keçirilən sistemli siyasət gələcəkdə gənclərdə bu məsuliyyəti bir qədər də artırır. Gənclər ölkənin gələcəyi sayılırlar. Hər bir şəxs əlindən gələni etməlidir ki, bu missiya layiqincə həyata keçirilsin".

sia.az

Digər xəbərlər