PDF Oxu

Siyasət

  • 49

Avropa Komitəsi: "Ermənistanda işgəncə davam edir"

Avropa Komitəsi: "Ermənistanda işgəncə davam edir"

Avropanın İşgəncələr Əleyhinə Komitəsi Ermənistanda 2013-cü ilin apreli və 2014-cü ilin mayında keçirdiyi monitorinqinin nəticələrini açıqlayıb. SİA "armtoday"a istinadən xəbər verir ki, hər iki monitorinqdə polisin məhbuslara qarşı zor tətbiq etmələri müşahidə olunub. Komitədən bildirilib ki, mövcud çatışmazlıqlar idtiqamətində hüquq-mühafizə orqanlarına konkret təkliflərini veriblər.

Eyni zamanda qeyd olunub ki, Komitə təmsilçiləri 2013-cü ilin aprelində "Kentron" təcridxanasında monitorinq keçirdikləri zaman iki saxlanılan şəxsin daimi şəkildə qandallarda saxlandığını və açıq havaya çıxmaqdan məhrum olunduqlarını qeydə alıblar.

2014-cü ilin mayında isə Komitə təmsilçiləri "Nibaraşen" təcridxanasına baş çəkiblər. Həmin təcridaxanada da bir sıra çatışmazlıqlar müşahidə olunub.

sia.az

Digər xəbərlər