PDF Oxu

Siyasət

  • 65

Rasim Musabəyov: “Biz Türkiyədən belə bir təsir gözləyirik” AÇIQLAMA

Rasim Musabəyov: “Biz Türkiyədən belə bir təsir gözləyirik” AÇIQLAMA

"Təbii ki, bu mümkün deyil. Onda belə çıxır ki, Türkiyə Ermənistanla sərhədləri açsın, münasibətlər qursun, diplomatik əlaqələr yaratsın və s". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "əgər rəsmi Ankara ATƏT-in Minsk qrupunun həmsədlərindən biri olarsa, Dağlıq Qarabağın həllində ciddi irəliləyiş ola bilər" bəyanatına münasibət bildirərkən deyib.Parlament üzvünün sözlərinə görə, rəsmi Ankaranın işğalçı ölkə ilə diplomatik əlaqələri olmadan ümumiyyətlə vasitəçilikdən söhbət gedə bilməz. Bu mənada hesab edirəm ki, Türkiyənin Azərbaycanın tərəfində olması kifayətdir. Əslində Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu danılmazdır. Ancaq bu heç də o demək deyil ki, Türkiyə vasitəçilik etsin. Yəni, Azərbaycan rəsmi Ankaranın mütəffiqidir, amma Ermənistanla heç bir münasibətləri, əlaqələri yoxdur. Belə olan təqdirdə o necə vasitəçilik edə bilər? Ancaq prosesdə Türkiyə Rusiya, ABŞ, Fransa ilə dialoqda olaraq, eləcə də NATO strukturlarından istifadə edərək konfiliktin həllinə təbii ki, müsbət təsir göstərə bilər. Biz Türkiyədən belə bir təsir gözləyirik".

sia.az

Digər xəbərlər