PDF Oxu

Siyasət

  • 48

Hikmət Babaoğlu: “Seyran Ohanyan etiraf etməlidir" AÇIQLAMA

Hikmət Babaoğlu: “Seyran Ohanyan etiraf etməlidir" AÇIQLAMA

"Ötən ilin noyabrın 12-də Ağdam səmasında ermənilərə məxsus helikopterin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasından dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi tərəfindən, eləcə də ölkə mətbuatında hadisənin gerçək təsviri obyektiv şəkildə verildi". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın helikopterin vurulmasının onların öz səhvləri ucbatından olduğuna dair bəyanatına münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, həmin an ermənilər bunu etiraf etmədilər: "Bir müddətdən sonra isə sözügdən hadisənin Ermənistan tərəfindən rəsmən etiraf edilməsi əslində müsbət bir hal kimi qiymətlədirilə bilər. Lakin Seyran Ohanyan və digər işğalçı güclər bilsinlər ki, Azərbaycan ordusu onların nəyisə etiraf edib-etməməsinə baxmayaraq gec-tez öz torpaqlarını azad edəcək. Yaxşı olardı ki, S.Ohanyan etiraf etsin ki, rəsmi Bakı güclü orduya malikdir".

sia.az

Digər xəbərlər