PDF Oxu

Siyasət

  • 35

Elçin Mirzəbəyli: “Ukrayna ilə Azərbaycanın durumunu eyniləşdirmək düzgün olmaz”

Elçin Mirzəbəyli: “Ukrayna ilə Azərbaycanın durumunu eyniləşdirmək düzgün olmaz”

"Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün xüsusi bir parlament qərarına ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanı təkcə Azərbaycan yox, həmçinin beynəlxalq aləm təcavüzkar dövlət kimi tanıyıb: "BMT qətnamələrində Ermənistanın işğalçı dövlət olduğu öz əksini tapıb. Avropa parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların qəbul etdikləri qərarlarda Ermənistanın təcavüzkar dövlət olduğu öz əksini tapıb və bu məsələ hüquqi əsaslarla sübuta yetirilib. Məhz buna görə də, Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün xüsusi bir parlament qərarına ehtiyac yoxdur. Ortada konkret fakt var və Azərbaycan parlamenti dəfələrlə bu fakta müxtəlif formalarda münasibət bildirib. Azərbaycan parlamenti beynəlxalq təşkilatlara ünvanladığı sənədlərdə Ermənistanın işğalçı dövlət olduğu dəfələrlə vurğulanıb. Bu baxımdan Ukrayna ilə Azərbaycanın durumunu eyniləşdirmək düzgün olmaz. Ukrayna əraziləri indi işğala məruz qalıb. Ukrayna parlamenti də bu prossesə öz münasibətini bildirib və sərt reaksiya verib. Ancaq Ermənistan-Azərbaycan münaqişəsi uzun zamandır davam edir və bu müddət ərzində də Azərbaycanın rəsmi dairələri daima Ermənistanın təcavüzkar dövlət olduğunu dəfələrlə bildirib. Ukrayna parlamentinin qərarına uyğun olaraq analoji qərarın Azərbaycan parlamentində Ermənistana qarşı qəbul olunması təkrarçılıqdan başqa bir şey olmaz".

sia.az

Digər xəbərlər