PDF Oxu

Siyasət

  • 29

Tahir Kərimli: “Milli Şuranı AXCP idarə edir” AÇIQLAMA

Tahir Kərimli: “Milli Şuranı AXCP idarə edir” AÇIQLAMA

"Milli Şura adından Əli Kərimli və onun müavinlərinin çıxış etməsi çox təbii haldır". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli bildirib. Onun sözlərinə görə,Cəmil Həsənlinin özünə də bəllidir ki, o Milli Şurada formal xarakter daşıyır: "Bu yaxınlarda Milli Şuranın Koordinasiya Şurasının üzvləri seçildi və bu şura ətrafında birləşən şəxslər də, məhz AXCP tərəfdarlarıdır. Ona görə də, tam əminlikə demək olar ki, Milli Şura AXCP-nin oxşar bir forması kimi fəaliyyət göstərir. Formal olaraq fəaliyyət göstərən Milli Şuraya məhz Cəmil Həsənli də formal şəkildə rəhbərlik edir. Güman edirəm ki, Cəmil Həsənlinin prezidentliyə namizədliyi də, hazırki sədrliyi də birbaşa AXCP-dən asılı olub. Bir sözlə Milli Şuranı AXCP idarə edir və Cəmil Həsənlinin ətrafında toplaşan şəxslər də məhz AXCP-nin ideyalarını təbliğ edirlər. Biz bunu onların çıxışlarında da açıq-aydın görürük. Çünki indiyə qədər o çıxışlarda AXCP-nin strategiyasından kənara çıxan hər hansısa bəyanatın şahidi olmamışıq".

sia.az

Digər xəbərlər