PDF Oxu

Siyasət

  • 57

“Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs”

“Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə QHT-lərdən ibarət İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasının təqdimatı olub. Konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun 20 yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi haqda petisiyanın aparılması istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, 19 yanvar tarixində QHT Dövlət Dəstəyi Şurasının iclasında 20 yanvar hadisələri və Azərbaycana bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün İşçi Qrupun yaradılması qərara alınıb və qrupa 17 QHT rəhbəri daxil edilib. Ş. İsmayılov həmçinin 26 fevral Xocalı hadisələrində yaxından iştirak edən hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın törətdiyi cinayətə görə cəzalandırılmasının vacib olduğunu diqqətə çatdırıb: "İşçi Qrup "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs"i qısa müddətdə toplamağı planlaşdırır. Bu kampaniyanı keçirməkdə məqsəd Azərbaycan xalqının vahid mövqedən çıxış etdiyi göstərməkdir. 100 min səsin toplanmasına günün ikinci yarısından etibarən avaaz.org saytında başlanacaq və bunun əlaqədar BMT-nin Təhlükəsizlik Şurasına müraciət olunacaq. Hər kəsi bu işdə aktiv olmağa çağırıram"Daha sonra İşçi Qrupun beynəlxalq sahədə məsul şəxsi Asif Əsgərli xarici ölkələrdə bu istiqamətdə görüləcək işlərin daha məqsədəuyğun olacağını diqqətə çatdırıb. Bildirib ki, bu təbliğat xarakterli işlərini görmək üçün petisiya ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara, başqa ölkələrdəki QHT fəallarına göndəriləcək: "Əsas qayəmiz imza toplamada təkcə Azərbaycan vətəndaşları deyil, digər ölkələrin vətəndaşlarının da iştirak etməsidir".

sia.az

Digər xəbərlər