PDF Oxu

Siyasət

  • 42

YAP rəsmisi: “Mən həmin təşkilatların qara niyyətlərini faş etməyin tərəfdarıyam”

YAP rəsmisi: “Mən həmin təşkilatların qara niyyətlərini faş etməyin tərəfdarıyam”

"Hesab edirəm ki, "Freedom House", "Human Rights Watch" kimi təşkilatlarla əməkdaşlıq etmək yox, əksinə bəzi məsələlərdə onlarla fikir mübadiləsi aparmaq olar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.YAP Siyasi Şurası üzvünün sözlərinə görə, onlarla fikir mübadiləsi aparıb həqiqətləri başa salmaq lazımdır: "Hətta Qurani-Kərimdə də var ki, əgər bir insan səhv danışırsa, onunla mübahisə edilə bilər və həqiqəti də başa salmaq olar. Yox əgər sözügedən təşkilatlar bilərəkdən düşmənçilik yolu tutublarsa, təbii ki, onlarla elə o cürə də danışmaq lazımdır. Azərbaycana düşmən olan, ölkəmizin dövlət müstəqilliyini təhlükə altında qoyan, onun inkişafına sevinməyən və s. təşkilatlarla onların elə öz dilində danışmaq lazımdır. Təbii ki, bu cür vəziyyətdə onlarla əməkdaşlıqdan söhbət gedə bilməz. Amma sözügedən təşkilatlara da biz öz sözümüzü zaman-zaman deməliyik. Bu o demək deyil ki, həmin təşkilatların iştirak etdiyi tədbirlərə biz qatılmamalıyıq. Əgər belə olarsa o yer boş qalır və onların cavabları verilmir. Mən həmin təşkilatlarla müəyyən müstəvilərdə müzakirələr aparmağın, mübahisə etməyin, onların sərt mövqedə olmalarını göstərməyin, eləcə də qara niyyətlərini faş etməyin tərəfdarıyam".

sia.az

Digər xəbərlər