PDF Oxu

Siyasət

  • 38

Akif Nağı: “Azərbaycan Minsk qrupunun “xidmət”lərindən imtina etməlidir”

Akif Nağı: “Azərbaycan Minsk qrupunun “xidmət”lərindən imtina etməlidir”

"ATƏT-in Minsk qrupu mənasız bir qurumdur. Ona görə də ləğv olunmalıdır". Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.A. Nağı bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun "xidmət"lərindən imtina etməlidir: "Nə mənası var ATƏT-in Mİnsk qrupunun? Bunlar cinayətkar qrupdur. Onlara başqa ad verə bilmərəm. Heç nə ilə məşğul olmaq istəmirlər. Açıq aydın şəkildə Azərbaycanın maraqlarını ayaqlar altına atıblar. Hesab edirəm ki, onlarla nə görüşməyin, nə hər hansı bir təklif verməyin, nə də müzakirələr aparmağın heç bir mənası yoxdur. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu ilə təmasları dayandırmaq lazımdır. Çünki, artıq tamam çərçivədən çıxıblar".

QAT sədri qeyd edib ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yarananda tam başqa mandatı vardı: "Bu qrup yarananda onların qarşısında sülh konfransını təşkil etmək məsələsi qoyulmuşdu. Bu gün isə onların nə işlə məşğul olduğunu heç kim başa düşmür. Necə oldu təşkil edəcəkləri sülh konfransı? Nədən təşkil olunmur? Anjey Kasprişikin gözləri qarşısında ermənilər atəşkəsi pozdular. Amma o, məsuliyyəti hər iki tərəfin üzərinə yıxmağa çalışdı. Nə üçün? Niyə ermənilər ittiham olunmur? Yeddi aydır azərbaycanlılar ermənilər tərəfindən girov saxlanılır. Niyə buna reaksiya vermirlər?"

sia.az

Digər xəbərlər