PDF Oxu

Siyasət

  • 44

Elşən Musayev: “Ermənistanın çıxış yolu qalmayıb”

Elşən Musayev: “Ermənistanın çıxış yolu qalmayıb”

"Kəlbəcərli girovlarla bağlı olan məsələyə bütün dünyanın diqqətini çəkmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev bildirib.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, biz xeyli zamandır bu məsələ haqqında danışırıq, ancaq problemin həlli getdikcə uzanır: "Bütün dünya üçün örnək olan beynəlxalq hüquqi prinsiplər olduğu halda bütün qərb dünyası Kəlbəcərli girovlarla bağlı məsələyə düzgün hüquqi qiymət verilməsi əvəzinə daha çox əldəqurma olan hüquq müdafiəçilərinin qeydinə qalırlar. Beynəlxalq qurumlar çox təəssüflər olsun ki, öz halal torpağına gedərək ailə üzvlərinin məzarını ziyarət edən bu şəxslərin məsələsinə düzgün münasibət bildirmirlər. Bu məsələdə də son zamanlarda Azərbaycan-Rusiya yaxınlaşmasının təsirini istisna etmək olmaz. Bugünkü şəraitdə Dağlıq Qarbağ münaqişəsinin həlli yolunda Rusiya bir növ neytral mövqedə dayanır. Rusiyanın Azərbaycana hərbi dəstəyi lazım deyil, bizə edilə biləcək ən böyük yaxşılıq məhz Ermənistan-Azərbaycan münaqişəsində digər dövlətlərin neytral mövqedə durması ola bilər. Hazırki şəraitdə beynəlxalq qurumlar, bir sıra dövlətlər Ermənistanın üzərindən əlini çəksə, hər zaman söylədiyim kimi Azərbaycan bu münaqişəni ən geci 72 saat ərzində həll edə bilər.

Kəlbəsərli girovlarla bağlı isə neytral mövqedə durmaq lazım deyil çünki bu məsələdə Azərbaycan tam haqqlı şəkildə öz hüquqlarının tapdanmamasını tələb edir. Onlar bir tək Kəlbəcərli girovlarla bağlı deyil, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduqları mövqeni dəyişməlidirlər. Ancaq tam əminliklə deyə bilərəm ki, girovluqda olan şəxslər mütləq qayıdacaqlar. Çünki Ermənistan artıq bilir ki, Azərbaycan bütün xəttlər üzrə Ermənistanı qabaqlayır və bu səbəblərə görə Ermənistanın başqa çıxış yolu qalmayıb".

sia.az

Digər xəbərlər