PDF Oxu

Siyasət

  • 44

Əliməmməd Nuriyev: “Bu, satqınlıq və xəyanətdir” AÇIQLAMA

Əliməmməd Nuriyev: “Bu, satqınlıq və xəyanətdir” AÇIQLAMA

"Ermənilərlə hər hansı bir formada Azərbaycanın daxili vəziyyəti ilə bağlı məsələlərin müzakirəyə çıxarılması və hətta bununla bağlı ilkin razılaşmanın özü belə milli maraqlara xəyanət və satqınlıqdır". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev xaricdəki erməni diaspora təşkilatlarının rəhbərləri ilə tədbirlər planlaşdırıb və Azərbaycanın daxili məsələləri ilə bağlı müzakirə aparan müxalifyönlü QHT-lərin fəaliyyətindən danışarkən deyib.Fond rəhbərinin sözlərinə görə, biz ermənilərlə yalnız bir məsələni müzakirə edə bilərik ki, o da Azərbaycanın ərazilərini işğaldan azad etsin: "Yalnız bu məsələ müzakirə oluna bilər. Hesab edirəm ki, başqa mənada onlarla hər hansı bir razılaşmanın qurulması, diskussiyaların aparılması əxlaqa, mənəvi dəyərlərə ziddir. Axı onlarla nəyi müzakirə edə bilərik? Fakt odur ki, onlar Azərbaycanın torpaqlarını işğal ediblər. Bundan artıq Azərbaycana böyük zərər, ziyan vurulmayıb. İşğalçı ilə yalnız işğalın nəticələrinin aradan qaldırılması müzakirə oluna bilər. Bu ancaq satqınlıq və xəyanətdir və buna başqa ad verilə bilməz. Hesab edirəm ki, bu təşkilatlar ciddi surətdə ictimai qınağa məruz qalmalıdırlar. Düşünürəm ki, bu təşkilatlar Azərbaycan qanunvericiliyindən kənara çıxan fəaliyyətlə məşğul olublar".

sia.az

Digər xəbərlər