PDF Oxu

Siyasət

  • 33

Qabil Hüseynli: “Ermənistanı sıxıb, suyunu çıxarmaq olardı” AÇIQLAMA

Qabil Hüseynli: “Ermənistanı sıxıb, suyunu çıxarmaq olardı” AÇIQLAMA

"Ümumiyyətlə Rusiya olmasa idi, Ermənistan müstəqilliyini qoruyub saxlaya bilməzdi". Bunu SİA-ya millət vəkili Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Ermənistan iqtisadi cəhətdən tam çöküb, maliyyə sarıdan isə yox vəziyyətindədir: "Çünki Rusiyadakı iqtisadi böhran vəziyyəti Ermənistanın valyutasının da vəziyyətinə təsir edir. Miqrasiya prosesləri isə çox sürətlə gedir. İnsanlar artıq ölkədən xaricə köç edir. Belə bir vəziyyətdə işğalçı ölkə tamamilə formal xarakter daşıyır. Çünki əhalisi, iqtisadiyyatı olmayan, eləcə də yerdə qalan əhalinin maddi rifahını təmin etməyən Ermənistana dövlət demək çətindir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev bu dövləti heç nökər dövlət belə adlandırmaq olmaz ifadəsini söyləyib. Bir sözlə, Rusiya olmasa idi Azərbaycan çoxdan həm özünün işğal edilmiş Dağlıq Qarabağ, həm də tarixi ərazilərini Ermənistandan alardı. Sözün düzü bunun dünya tərəfindən necə qarşılanacağı başqa bir mövzudur. Amma hər halda Ermənistanın sıxıb, suyunu çıxarmaq olardı".

sia.az

Digər xəbərlər