Ümumiyyətlə AXCP və Müsavat arasında çox ciddi rəqabətdən də uzaq hadisələr baş verir". Bunu SİA-ya Yurddaş partiyasının sədri Mais Səfərli AXCP və Müsavatın təmsil olunduğu blokların tez dağılmasına münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, əslində onlar bir-birinə rəqib deyil, əksinə onlar bir-birinə qarşı gizli düşməndirlər: "Təbii ki, uzun illərin fəaliyyəti də bunu göstərir. Ona görə də hər iki qurum bloklarda təmsil olunanda həmin blokların aqibəti heç nəyə nail olmadan parçalanır. Burada əsas səbəb onların rəhbərlərinin ambisiyalarının bir-birinə toqquşması və güzəştə getməməsidir. Sözügedən partiyaların rəhbərləri çalışır ki, özünü daha böyük və güclü partiya kimi göstərsin. Beləcə onlar çalışırlar ki, təmsil olunduqları bloku öz maraqlarına uyğun işlətsinlər. Bütün bunlar hamısı onların arasında ziddiyətləri daha da dərinləşdirir. Bu da nəticə etibarilə həmin blokların fəaliyyətsizliyinə və iflic olmasına gətirib çıxarır".
sia.az