PDF Oxu

Siyasət

  • 32

Politoloq: “Moldovalı ombudsmanın azərbaycanlı girovlarla bağlı təşəbbüsünə dəstək verilməlidir”

Politoloq: “Moldovalı ombudsmanın azərbaycanlı girovlarla bağlı təşəbbüsünə dəstək verilməlidir”

"Ermənistan müstəqil dövlət deyil. Ölkə başçısı İlham Əliyev bu günlərdə belə bir bəyanat səsləndirdi ki, Ermənistan nəinki müstəmləkədir, hətta nökər sözü belə ona uyğun gəlmir. Yəni, nökərdən də aşağı səviyyədədir". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.Onun sözlərinə görə, belə olan vəziyyətdə heç şübhəsiz ki, Ermənistan kimi nökər dövlətin bu və ya digər məsələdə müstəqil qərar qəbul etmə potensialı yoxdur: "Hesab edirəm ki, Rusiya ən azından öz vətəndaşı olan azərbaycanlının girovluqdan azad olunması istiqamətində daha çevik addımlar atmaq imkanına və potensialına malikdir". Təəssüf ki, biz bunun elementlərini görmürük"."Bu yaxınlarda Moldovalı ombudsman Aureliya Qriqoriya çox maraqlı bir təşəbbüslə çıxış edib. O qeyd edir ki, Avropadakı hüquq müdafiəçiləri ilə iki girov azərbaycanlının hüquqlarının müdafiəsi istiqamətində işə başlamaq istəyir. Eyni zamanda o, Rusiya tərəfi ilə bu istiqamətdə işləyə bilər. Sadəcə olaraq, özünün ən son informasiyalarla təmin olunmasına ehtiyacı olduğunu bildirib. Hesab edirəm ki, onun bu fəaliyyəti nəticə verə bilər" -deyə, E. Nəsirov qeyd edib.Politoloq bildirib ki, Rusiya tərəfinin azərbaycanlı girovların azad olunması istiqamətində təsir və təzyiq mexanizmləri olduqca yüksəkdir: "Sadəcə Rusiyada bu mexanizmi işlək vəziyyətə gətirmək lazımdır. Ancaq o da inandırıcı deyil ki, Rusiyanın üzləşdiyi çoxsaylı problemlər fonunda azərbaycanlı girovların azad olunması məsələsini önə versin. Amma, bu məsələni gündəmdə saxlamaq, konkret təşəbbüslər və addımlar atmaqla rəsmi Moskvanın da mövqeyinə təsir göstərmək mümkündür. Hesab edirəm ki, Moldovalı ombudsman Aureliya Qriqoriyanın bu məsələdəki təşəbbüsünə dəstək verilməsi, o cümlədən dünyanın nüfuzlu vəkillərinin xidmətlərindən istifadəsi prosesə müsbət irəliləyişin əldə olunmasına gətirib çıxara bilər".

yap.org.az

Digər xəbərlər