PDF Oxu

Siyasət

  • 52

Paytaxtımız Avropanın ən müasir turizm şəhərləri ilə rəqabət aparmaq gücündədir

Paytaxtımız Avropanın ən müasir turizm şəhərləri ilə rəqabət aparmaq gücündədir

\r\n

\r\n

\r\n Bu gün Azərbaycanda, eləcə də beynəlxalq aləmdə turizm sahəsi diqqət mərkəzindədir. Turizm insanların səyahətlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etməklə bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından əhəmiyyət kəsb edən bir sahədir. Bütün bunlarla yanaşı, turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir.

\r\n

\r\n Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevirməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai-coğrafi mövqeyi, Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

\r\n

\r\n Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də təsirini göstərir. Azərbaycanın ərazisinin bu gün 20 faizinin Ermənistan tərəfindən işğal altında olduğu zamanda təbliğat və təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin genişlənməsinin böyük əhəmiyyəti vardır. Kəlbəcərin İsti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, və meşələri erməni işğalı altındadır. Turizm səfərlərinə gələn xarici ölkə vətəndaşlarına ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatların çatdırılması Azərbaycanın dünya ölkələrinə tanıdılması baxımından diqqətəlayiqdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan turizmin sistemli şəkildə inkişafına çalışır.

\r\n

\r\n AVROPANIN SEVGİLİLƏR ÜÇÜN CƏLBEDİCİ ŞƏHƏRLƏRİ ARASINDA BAKININ DA ADI VAR

\r\n

\r\n Azərbaycana gələn hər kəs ölkəmizin tarixini-coğrafi mövqeyini görür. Avropa və Asiya qovşağında yerləşən Azərbaycanın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Mezolit, neolit və eneolit dövrləri haqqında maraqlı məlumatlara malik olan bu möhtəşəm abidənin şöhrəti bütün dünyaya yayılıb. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. Bu günlərdə Avropanın sevgililər üçün cəlbedici şəhərləri arasında Bakının da adının çəkilməsi bu mənzərənin reallıqlarıdır. Belə ki, turistlər üçün \"Travel.ru\" portalı 14 Fevral - Sevgililər Günü səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib. Reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik uik-end üçün münasib olan 20 şəhəri yer alıb.

\r\n

\r\n Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız Qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır.

\r\n

\r\n Qeyd edək ki, reytinqə Riqa, İstanbul, Lyublyana, Tallinn, Praqa, Vyana və digər şəhərlər daxil olub. Belə qiymətin paytaxtımıza verilməsi əlbəttə ki, Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafına dair dövlət proqramlarının icrasının məntiqi nəticəsidir.

\r\n

\r\n TURİZMİN QLOBALLAŞMASI MÜASİR DÖVRÜN REALLIĞIDIR

\r\n

\r\n Bu gün Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkan göstərir. Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz həqiqətən də dünya turistləri üçün cəlbedici məkana çevrilir. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Bu yaxınlarda fransız mətbuatında - \"Le Quotidien du Tourizme\" qəzetində çap olunan \"Marriott: Autograph Collection\" Azərbaycanda dörd lüks otel açır\" məqaləsində də Azərbaycanda turizm imkanlarının genişləndirilməsindən, yeni turizm marşrutlarının açılmasından, qış turizminin inkişaf etdirilməsindən bəhs olunub. Ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitin olduğunun, hökumətin bu sahəyə böyük diqqət yetirməsinin xüsusi vurğulanması əbəs deyildi.

\r\n

\r\n Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizmin də inkişafında önəmli faktordur.

\r\n

\r\n Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcəkdə daha da inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsinin nəzərdə tutulması da təsadüfü deyildi. Onu da qeyd edək ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

\r\n

\r\n

\r\n

\r\n Nəzakət ƏLƏDDİNQIZI

\r\n

Digər xəbərlər