"Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı GB-nin sədri Bəxtiyar Nəbiyev Gənclər Günü ilə əlaqədar fikilrərini bölüşərkən deyib.O qeyd edib ki, Ümummilli Lider hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib: "Bu gün bu siyasəti, diqqət və qayğını ölkə başçısı cənab İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın timsalında görməkdəyik. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, Gənclər Fondunun yaradılması böyük diqqətin nəticəsidir. Məhz Azərbaycan gənclərinin vətənpərvərliyi, fəallığı, intellektual gücü sayəsində ölkənin uğurlu gələcəyi təmin edilir. Bu məqsədlə, ölkə başçısı mütəmadi olaraq Sərəncamlar imzalayır ki, bu da gənclərə göstərilən diqqət və qayğını özündə ehtiva edir".Bəxtiyar Nəbiyev həmçinin həyata keçirilən gənclər siyasətinin bütün kriteryaları ilə bir çox dünya ölkələrinə nümunə göstəriləcək səviyyəyə yüksəldiyini də qeyd edib: "Bu yüksəliş həyata keçirilən gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Gənclər siyasətində aparılan bütün islahatlar, dövlət qayğısı gənclərimizdə sabaha, gələcəyə inamı daha da artırır, sağlam, intellektual nəslin formalaşmasına əsas zəmin yaradır. Bütün gəncləri qarşıdan gələn 2 Fevral Gənclər Günü münasibətilə təbrik edir, onlara ölkəmizin rifahı uğrunda fəaliyyətlərində uğurlar arzu edirik".
sia.az