\r\n "Ermənistana məxsus pilotsuz uçuş aparatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması rəsmi İrəvanın heç bir hüquq və normalara əməl etməyə hazır olmamasının göstəricisi idi". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Müstəqil hərbi ekspertin sözlərinə görə, Ermənistan bu hərəkəti ilə bir daha bütün beynəlxalq aləmə demək istəyir ki, o, bundan sonra da beynəlxalq hüquqlara əməl etmək fikrində deyil: "ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlik sözügedən məsələyə hər zaman olduğu kimi bu dəfə də daha cəld tərpənib və münasibət bildirib. Onlar bu münasibətləri özlərinə saxlasalar yaşı olar. Çünki onsuzda bu bəyanatlara, narahatçılıqlara Ermənistan əhəmiyyət vermir. Onların 1994-cü ildən indiyədək istifadə etdiyi avtomat və plemyotlardan atılan atəşlər həm mülki, həm də hərbiçilərə çoxsaylı itkilər verib. Bütün bunların fonunda ermənilər artıq iri çaplı silahlardan da (qumbaraatan və minaatanlardan) istifadə edirlər. Bu artıq ciddi məsələdir və ən azından dağıntılara gətirib çıxara bilər. Çünki avtomat və pulemyotlardan atılan güllələr istinad divarlarına və yaxud səngərlərə dəyib insanlara o qədər də xətər gətirmir, amma qumbaraatan və minaatanlardan atılan mərmilər bilavasitə məqsədyönlü şəkildə təxribatdır. Əgər onların iddia etdikləri kimi Ermənistana məxsus pilotsuz uçuş aparatı Azərbaycana məxsusdursa Silahlı Qüvvələrimiz onu niyə məhv etməli idi? Bu çox səhv və absurd fikirlərdir".
\r\n
\r\n
\r\n
\r\n sia.az
\r\n