PDF Oxu

Siyasət

  • 48

Elşən Musayev: “Rusiyanı zəiflətmək heç də asan məsələ deyil”

Elşən Musayev: “Rusiyanı zəiflətmək heç də asan məsələ deyil”

"Ermənistan dövlətinin fəaliyyətində yıxılana balta vurmaq prinsipi özünü hər zaman biruzə verib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.

Onun sözlərinə görə, artıq ermənilərə bəllidir ki, Rusiyanın onlara heç bir köməyi dəyməyəcək və buna görə də, istənilən siyasi arenada Ermənistan Rusiyaya zərbə vurmağa çalışır: "Ermənilər düşünür ki, Rusiya Qarabağ probleminin həllində Azərbaycanın tərəfində duracaq. AŞPA-da Rusiyanın səsvermə hüququnun əlindən alınması ilə bağlı keçirilən müzakirələrdə Azərbaycanın Rusiyaya dəstək olmasını bir növ jest kimi qəbul etmək lazımdır. Əslində bu prosseslərin baş verməsi Rusiya üçün də çox yaxşı bir haldır. Məhz hadisələrin gedişindən Rusiya da özü üçün nəticələr çıxara bilər və Ermənistanın əsl niyyətini başa düşər. Rusiyanın bir az güc itirməsindən sonra Ermənistanın onlardan üz döndərməsi çox təbii haldır. Bu bir daha Ermənistan hakimiyyətinin timsalında ümumən erməni xalqının iç üzünü ortaya qoyur. Bu gün bütün dünya demək olar ki, Rusiyanı zəiflətməyə, nəfəslikləri Rusiya üçün bağlamağa çalışır. Ancaq bu dövləti zəiflətmək heç də asan məsələ deyil. Çünki Rusiyanın Vladimir Putin kimi manevrli bir prezidenti var. Rusiyanı zəiflətmək üçün aparılan estafetə Ermənistanın da qoşulması məhz Dağlı Qarabağ münaqişəsində Rusiyanın Azərbaycan tərəfə meyllənməsinə səbəb olur. Azərbaycana lazım olan isə Rusiyanın bu məsələdə bitərəf olmasıdır. Belə olacağı təqdirdə Azərbaycan öz torpaqlarını istənilən yolla geri qaytara bilər. Bütün spektorlarda biz Rusiya-Ermənistan münasibətlərinin toqquşduğunu görürük. Mənim fikrimcə, bir azərbaycanlı olaraq buna sevinmək lazımdır".

sia.az

Digər xəbərlər