PDF Oxu

Siyasət

  • 39

Siyavuş Novruzov: “Azərbaycandakı inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb”

Siyavuş Novruzov: “Azərbaycandakı inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb”

"Dünyada baş verən böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı artır. Ölkədə pensiyalar, yeni iş yerləri artır. Azərbaycanda olan ictimai siyasi sabitlik xaricdən bəzi dairələri narahat etdiyi kimi, onların buradakı vassalı olan, idrakı sönük partiya sədrlərini də narahat etməyə başlayıb". SİA-nın məlumatına görə, bu fikirləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı səsləndirib.S. Novruzov bildirib ki, Azərbaycanda görülən işlərə kölgə salmaq üçün həmin şəxslər müxtəlif, primitiv formada şərhlərini vermək istəyirlər: "Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Biz neft istehsal edən ölkələrə nəzər salsaq görərik ki, Azərbaycan bunların içərisində ən uğurlu neft siyasəti aparan dövlətdir. Bunu Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, neftdən gələn gəlirlərin idarə edilməsi ilə bağlı hesabatlar təqdim edən təşkilatlar da dəfələrlə bildiriblər. Məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub. Ancaq bunları görmək istəməyən qüvvələr bu məsələlərə qarayaxmağa çalışırlar. I Avropa Oyunları yaxınlaşdıqca, xaricdən və daxildən olan belə qüvvələrin böhtanlarının sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi, Azərbaycan öz haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır".

yap.org.az

Digər xəbərlər