"ATƏT-in Minsk qrupu formal, yarıtmaz qurumdur". SİA-nın məlumatına görə, bunu millət vəkili Elman Məmmədov Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.O bildirib ki, ermənilərin torpaqlarımıza köçürülərək orada dövlət yaratmasında bu quruma daxil olan ölkələrin rolu olub: "Bu quruma daxil olan dövlətlər ermənipərəst mövqedədirsə biz onlardan nə gözləyə bilərik"?Fransanın sabiq prezidenti Sarkozi bir söz işlətmişdi ki, Ermənistan Fransanın kiçik bacısıdır: "Amma o, az deyib. Deməli idi ki, Ermənistan Fransanın əxlaqsız, tərbiyəsiz və yolunu azmış kiçik bacısıdır".
sia.az