PDF Oxu

Siyasət

  • 54

Gənclər Günü Nərimanov rayonunda böyük coşqu ilə qeyd edilib

Gənclər Günü Nərimanov rayonunda böyük coşqu ilə qeyd edilib

Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "2 fevral Gəncləri Günü" ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayon rəhbərliyi, bir sıra hökumət və qeyri hökumət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak ediblər.Giriş sözü ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edib, onlara firavan gənclik, sağlamlıq, uğurlu gələcək arzulayıb. Ölkəmizin bütün sahələrinin daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisinin Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdıran A.Fərzəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin hər bir gəncin həyatında mühüm rolu olduğunu qeyd edib: "Bu gün ölkəmizin bütün sahələrində olduğu kimi, gənclər siyasətinin də uğurla davam etdirilməsinə xüsusi diqqət göstərilir. Gənclər cəmiyyətimizin avanqard hissəsini təşkil etməklə, bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan gənclərinə böyük ümidlər bəsləyirik".Daha sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Bakı Şəhər GəncIər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ölkəmizdə gənclərin potensialına böyük önəm verildiyini, onların həyata keçirmək istədikləri bütün layihələrin reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını qeyd ediblər.Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi keçirdikləri "İlin Gənclər və İdman İdarəsi" sorğusunun qalibi kimi Nərimanov Rayon Gənclər və İdman İdarəsini mükafatlandırıb. Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından "2 fevral - Azərbaycan Gəncləri günü" münasibəti ilə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakına görə bir sıra gənclər fəxri fərman və hədiyyələrlə təltif edildikdən sonra tədbir konsert proqramı ilə davam etdirilib.

sia.az

Digər xəbərlər