PDF Oxu

Siyasət

  • 42

Siyavuş Novruzov: “Köhnə İnzibati Xətalar Məcəlləsi “aşsüzəndir”"

Siyavuş Novruzov: “Köhnə İnzibati Xətalar Məcəlləsi “aşsüzəndir”"

"İnzibati Xətalar Məcəlləsinə1000-dən artıq dəyişklik edilib. Ona görə də bu məcəllə yenidən nəşr edilməlidir". SİA-nın məlumatına görə, belə bir təkliflə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

S. Novruzov deyib: "Hesablamalarıma görə, İnzibati Xətalar Məcəlləsinə1000-dən artıq dəyişklik edilib. Yəni, köhnə İnzibati Xətalar Məcəlləsi "aşsüzəndir". Bu da məhkəmə və hüquq mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Parlamentimizin mətbəəsi var. Bu baxımdan təflik edərdim ki, parlamentin yaz sessiyası ərəfəsində İnzibati Xətalar Məcəlləsi yenidən nəşr olunaraq cəmiyyətə yeni formada təqdim edək".Milli Məclisin sədri Oqtay Əsədov Siyavuş Novruzovun təklifinə cavab olaraq deyib ki, məcəllənin yeni formada nəşrinə ehtiyac yoxdur. Çünki Məcəlləni yox, qanunları yenidən çap etməliyik. Ona görə də bunun başqa çıxış yolunu tapmalıyıq".

sia.az

Digər xəbərlər