PDF Oxu

Siyasət

  • 38

Azərbaycanda gedən sürətli inkişaf dünya birliyinin diqqət mərkəzindədir

Azərbaycanda gedən sürətli inkişaf dünya birliyinin diqqət mərkəzindədir

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olundu, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olundu. Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olundu.

Digər xəbərlər