Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsi və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 Fevral "Gənclər günü" münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşan Baxşəliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərman Kazımov və QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhhərmova, könüllülər, şəhərin fəal gənclər təşkilatlarının nümayəndələri və bölmə ilə sıx əməkdaşlıq edən idarə və müəssisələrdən gənclər iştirak ediblər.İlk öncə 2 Fevral "Gənclər günü" münasibəti ilə Sumqayıtın idman və gənclər sahəsində uğur əldə etmiş gənclərdən bəhs edən videoçarx nümayiş olunub.Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşan Baxşəliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərman Kazımov və QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhhərmova çxış edərək Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən, eləcə də şəhər gənclərinin əldə etdiyi uğurlardan danışıblar.Sonra Sumqayıt ayparaçıları ilə sıx əməkdaşlıq edən müxtəlif sektorlarda çalışan gənclər Fəxri fərmanlarla mükafatlandırılıb. Gənc müğənnilərin və rəqqasların ifaları ilə davam edən tədbir şən əhval-ruhiyyə ilə yekunlaşıb.
sia.az