PDF Oxu

Siyasət

  • 51

Elman Nəsirli: “Rusiyanın Avropa Şurasından çıxması real görünür”

Elman Nəsirli: “Rusiyanın Avropa Şurasından çıxması real görünür”

"İndiki halda Rusiyanın təkcə AŞPA-dan yox, ümumilikdə Avropa Şurasından çıxması real görünür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.Onun sözlərinə görə, Rusiya höküməti bəyanat vermişdi ki, bu ilin sonuna qədər AŞPA-nın tədbirlərində iştirak etməyəcək və hətta Rusiya dövlət dumasının sədri Sergey Narışkin öz bəyanatında qeyd etmişdi ki, Rusiyanın Avropa Şurasından çıxması istisna deyil: "Məlum olduğu kimi, Rusiya 1996-cı ildən bu qurumda fəaliyyət göstərir. Bir qrup ekspertlər hesab edirlər ki, Rusiyanın AŞPA-dan çıxması nəticə etibarı ilə Avropa məkanında boşluqlar yaradacaq və Avropa Şurasının fəaliyyəti səmərəsiz bir istiqamətə yönələcək. Digər bir yanaşma isə bunun tam əksinədir. Belə ki, bəzi ekspertlərin fikrincə, Rusiyanın bu qurumdakı fəaliyyəti AŞPA-nın normal işləməsinə mane olurdu. Ən çox düşündürücü məqam isə ondan ibarətdir ki, Rusiyanın AŞPA-dan çıxması onun Avropa İnsan Hüquqları Məhkəməsindən də çıxması ilə bağlıdır. Bu isə öz növbəsində Rusiyada ölüm hökmünə qoyulan qadağanın aradan qaldırılması ilə nəticələnə bilər. Bu məsələ ən çox insan hüquqları müdafiəçilərini narahat edir. Rusiyanın özündə də həyəcan təbili çalanlar məhz insan hüquqları müdafiəçiləridir. Onlar hesab edirlər ki, bu hadisə nəticə etibarilə Rusiyada hər hansısa hüquq pozuntusu ilə qarşılaşan şəxslərin daha yüksək instansiyalara müraciətinə əngəl törədə bilər. Belə olan təqdirdə də Rusiya məhkəməsi istənilən şəkildə qərarlar qəbul edə bilər. Ancaq hesab edirəm ki, Ukrayna hadisələri fonunda Rusiya ilə mövcud olan vəziyyət hazırki dövr üçün keçərlidir. Ukrayna ilə Rusiya arasında müəyyən yaxınlıq yarandığı zaman, Rusiya yenidən AŞPA-da təmsil oluna bilər. İndiki halda Rusiyanın təkcə AŞPA-dan yox ümumilikdə Avropa Şurasından çıxması çox real görünür".

sia.az

Digər xəbərlər