PDF Oxu

Siyasət

  • 42

Tahir Kərimli: “Blok yarandıqdan sonra daha böyük problemlər ortaya çıxa bilər”

Tahir Kərimli: “Blok yarandıqdan sonra daha böyük problemlər ortaya çıxa bilər”

"AXCP ilə Müsavatın blok şəklində birləşməsi məntiqli və real görünmür". Bu sözləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.Onun sözlərinə görə, AXCP və Müsavat partiyalarının nümayəndələri bir-birilərini o dərəcədə ittiham ediblər ki, indi onların bir blokda təmsil olunması, məhz həmin partiyaların özlərinə zərər vurar: "Müsavat partiyası blok şəklində seçkilərdə iştirak etməklə parlamentdə daha çox yer əldə etmək niyyətindədir. Ancaq qurulacaq hər hansısa bir blok bir çox şəxslərin partiyadan getməsi ilə nəticələnə bilər. Hətta indiki şəraitdə belə bu partiyaların daxilində müəyyən fikir ayrılıqları yaranır. Blok yarandıqdan sonra isə daha böyük problemlər ortaya çıxa bilər. Mən düşünürəm ki, Müsavat partiyası AXCP ilə yaxınlıq etmək arzusundadır. Lakin baş verən intriqalar, qarşıdurmalar bu yaxınlaşmaya əngəl olur. Əslində bu partiyalar keçiriləcək növbəti prezident seçkilərində vahid namizəd irəli sürmək üçün bir-birilərini sıradan çıxarmaq niyyətindədirlər. Bu iki partiya blok şəklində birləşsə belə, qeyri-səmimi bir ittifaq yaranacaq və bu blok heç bir uğur qazana bilməyəcək".

sia.az

Digər xəbərlər