PDF Oxu

Siyasət

  • 51

Elçin Mirzəbəyli: "ABŞ-da dəfələrlə buna oxşar hadisələr baş verib" AÇIQLAMA

Elçin Mirzəbəyli: "ABŞ-da dəfələrlə buna oxşar hadisələr baş verib" AÇIQLAMA

"Etibar Məmmədovun oğlunu AMİP sədrliyinə gətirməyi planlaşdırması onun uzun illər yürütdüyü siyasətin tərkib hissəsi sayıla da bilər. Bu ənənənin nə qədər doğru və yanlış olması barədə hələ ki, heç nə söyləyə bilmərəm". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.BAXCP sədr müavininin sözlərinə görə, bəlkə də Etibar Məmmədovun oğlu siyasi baxımdan o qədər istedadlıdır ki, onun partiyaya rəhbərlik etməsində elə bir ciddi problem yoxdur: "Bütün hallarda belə məsələlərdə AMİP-in özü qərar verməlidir. Amma prinsip etibarilə bir siyasi təşkilata atanın, sonradan isə başqa birisinin rəhbərlik etməsində heç bir problem yoxdur. Hətta ABŞ-da dəfələrlə buna oxşar hadisələr baş verib. Bu baxımdan da prinsipcə heç bir problem yoxdur. Amma bunun düşünülmüş və yaxud düşünülməmiş bir formada həyata keçirilməsi AMİP-in üzvü olan insanların problemidir".

sia/az

Digər xəbərlər