PDF Oxu

Siyasət

  • 46

Hikmət Hacıyev: “Bunlar Ermənistanın provakasiya siyasətinin tərkib hissəsidir”

Hikmət Hacıyev: “Bunlar Ermənistanın provakasiya siyasətinin tərkib hissəsidir”

AÇIQLAMA

"2014-cü ilin ortalarından başlayaraq Ermənistan tərəfindən daha intensiv şəkildə təxribatçı əməllərə əl atılıb". Bunu SİA-ya Azərbacyan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistana məxsus pilotsuz uçuş aparatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasına və işğalçı ölkənin təxribatçı hərəkətlərinə münasibət bildirərkən deyib.XİN rəsmisi deyir ki, bütün bunlar ondan xəbər verir ki, artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı daha ciddi bəyanatlar səslənməyə başladı: "Paris görüşündən sonra Fransa prezidenti Fransua Olland tərəfindən münaqişə tərəflərinə müraciət edilərək Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün təkliflər səsləndirildi. Buna görə Ermənistan da danışıqlar prosesində dalana dirənmiş bir tərəf kimi bu təxribatçı əməllər vasitəsilə diqqəti əsas hədəfdən (yəni münaqişənin həll olunmasından) yayındırmaq istiqamətində bir siyasət həyata keçirdi".H.Hacıyev vurğulayıb ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun ermənilər tərəfindən girov götürülməsi və onlar barəsində düzənlənən "məhkəmə" prosesi, eləcə də iyul ayının sonu, avqust ayının əvvəllərində qoşunların təmas xəttində təxribat əməlinin törədilməsi və s. Ermənistanın tərəfindən yürüdülən provakasiya siyasətinin tərkib elementləridir: "Təbii ki, burada da bir məqsəd var ki, danışıqlar prosesinə xələl gətirilsin, münaqişənin həlli uzansın və Ermənistanın təcavüzkar, təxribatçı hərəkətləri davam etsin".

sia,az

Digər xəbərlər