"Özümə yaraşdırmıram!"
"Mustafa Hacıbəyli kimdir ki, mən ona cavab verim?!" Bu fikirləri SİA-ya Müsavat Partiyasının narazılar qrupunun lideri, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) təşkilatlandıran Qubad İbadoğlu partiya Məclisinin üzvü Mustafa Hacıbəylinin onun Qarabağ savaşı zamanı ortada görünməməsi iddiasına münasibət bildirərkən deyib."Onların hər hansı fikrinə münasibət bildirməyi özümə yaraşdırmıram!"-deyə qeyd edən Qubad İbadoğlu Mustafa Hacıbəylinin onun barəsində irəli sürdüyü istənilən ifadənin heç bir təsiri olmadığını vurğulayıb.Qeyd edək ki, Mustafa Hacıbəyli verdiyi açıqlamasında Qubad İbadoğluya xitabən bildirib ki, onlar Qarabağda savaşdıqları zaman qarşı tərəf ortalıqda görünməyib.
sia.az