PDF Oxu

Siyasət

  • 37

Zərdabda gənclərin ümumrayon toplantısı keçirilib TƏDBİR

Zərdabda gənclərin ümumrayon toplantısı keçirilib TƏDBİR

2 fevral Gənclər Günü münasibətilə Zərdab rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində gənclərin ümumrayon toplantısı keçirilib. SİA-nın məlumatına görə, öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər, Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir: "Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu Öndərin gəncliyə və gənclərə etimadı öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Bu diqqət və qayğının nəticəsi olaraq zərdablı gənclər hər il uğurlara imza atmaqda davam edirlər. Səsləri dünyanın ən mötəbər yarışlarından, idman arenalarından gəlməkdədir. Zərdablı gənclər 2014-cü il ərzində 34 rayondaxili, 7 zona və 10-a yaxın respublika səviyyəli yarış və tədbirlərdə rayonu uğurla təmsil ediblər. İdmançılar 9 qızıl, 4 gümüş, 8 bürünc medal qazanıblar".Daha sonra Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək gəncləri təbrik edərək onların təhsil, səhiyyə və idman sahələrində qazandıqları uğurları yüksək qiymətləndirib. Rayon gənclərinin nümayəndələri isə öz çıxışları zamanı onlara göstərilən diqqət və qayğıya görə Dövlət başçısına minnətdarlıq ediblər. Sonda YAP sıralarına yeni qoşulan gənclərə partiya vəsiqələri, müxtəlif sahələrdə fərqlənən bir qrup gəncə isə fəxri fərman və hədiyyələr təqdim olunub.Zərdablı gənclər adından ölkə Prezidentinə müraciət qəbul olunub.

sia.az

Digər xəbərlər